Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Heç kim Bəşər Əsədi yenidən prezident olmaqdan çəkindirə bilməz

Heç kim Bəşər Əsədi yenidən prezident olmaqdan çəkindirə bilməz - Suriya rəsmisi
Feysəl Miqdad ölkə müxalifətinin Bəşər Əsədin getməsi ilə bağlı tələblərinə işarə edərək, onların iddialarının əsassız olduğunu bildirib

“Bəşər Əsəd Suriyanın vətəndaşıdır və o prezidentliyə namizədliyini verə bilər”.

İnterAz-ın əl-Mənar telekanalına verdiyi xəbərə görə, bunu Suriya Xarici İşlər nazirinin müavini Feysəl Miqdad “Reuters”ə verdiyi müsahibədə bildirib. Feysəl Miqdad ölkə müxalifətinin Bəşər Əsədin getməsi ilə bağlı tələblərinə işarə edərək, onların iddialarının əsassız olduğunu bildirib.

“Mən müxalifətdən soruşuram. Nə üçün Suriya vətəndaşı namizədliyini irəli sürə bilməz?! Kim ona mane ola bilər?! Suriyanın hər bir vətəndaşının namizəd olmağa haqqı var”.

Bildirək ki, Suriya prezidenti Bəşər Əsədin prezidentlik müddəti 2014-cü ildə bitir. Bundan öncə Bəşər Əsəd suriyalıların tələb edəcəkləri təqdirdə namizədliyini irəli sürəcəyini demişdi. Dünən isə Rusiya Bəşər Əsədin bu mövzu ilə fikirlərini tənqid etmişdi.
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu