Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Vəkili Pərviz Həşimlinin karserə salınmasından danışdı

Dekabrın 20-də vəkil Elçin Sadıqov MTN-in istintaq təcridxanasında jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

“Media forum” saytına açıqlamasında Elçin Sadıqov deyib: “Dekabrın 13-də Səbail Rayon Məhkəməsində Pərviz Həşimlinin vəsatətinə baxıldı. Vəsatət Pərviz Həşimlinin qeyri-insani rəftara, işgəncəyə məruz qalması, buna görə də MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi haqda idi. Həmin məhkəmədə mən Pərviz Həşimlinin məruz qaldığı işgəncələrlə bağlı qeydlərimizin MTN-in istintaq təcridxanasından gətirilməsi, o vaxtadək prosesin təxirə salınması məsələsini qaldırdım, amma hakim bunu təmin etmədi. Mən müdafiə hüququnun pozulmasına etiraz olaraq məhkəmə zalını tərk etdim. Sonra hakim Pərviz Həşimlini də məhkəmə zalından çıxardı. Bizsiz – vəkilsiz və müttəhimsiz davam edən məhkəmə Pərviz Həşimlinin Bakı İstintaq Təcridxanasına köçürülməsi haqda vəsatətin təmin olunmaması ilə başa çatdı.

Məhkəmədən sonra mən Pərviz Həşimli ilə görüşə getdim. Onun məruz qaldığı işgəncələrlə bağlı qeydlərini yazdım. Görüşdən sonra həmin qeydlər məcburən əlimdən alındı və geri qaytarılmadı.

Amma MTN-də akt tərtib ediblər ki, guya həmin qeydləri mən yox, Pərviz yazıb. Bu aktı da veriblər Pərviz Həşimliyə ki, qol çəksin. Pərviz Həşimli qol çəkməkdən imtina edib. Onun paltarını soyundurub karserə salıblar. Paltarlarını 3 saatdan sonra ona veriblər. Etiraz olaraq Pərviz Həşimli yemək yeməkdən imtina edib. Halının pis olduğunu görüb onu bir sutka sonra karserdən çıxarıblar. Pərviz Həşimli oradakı həkimin xahişini nəzərə alıb aclığı dayandırıb. Karserdə Pərviz Həşimliyə soyuq dəyib, hazırda müalicə alır”.

Elçin Sadıqov əlavə edib ki, Pərviz Həşimlinin vəsatətini təmin etməyən Səbail Rayon Məhkəməsinin 13 dekabr qərarından apellyasiya şikayəti veriblər. Şikayətə dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.
1568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın