Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Bakıda "ikinci çörək" kəskin bahalaşdı

Azərbaycanda kartofun topdan satış qiyməti təxminən 50-60 faiz artıb

Yanacağın qiymətinin bahalaşmasından sonra ara-sıra müxtəlif ərzaq məhsullarının qiyməti də yüksəlib. Müvafiq olaraq düyü, yağ, çay, yumurta cüzi də olsa bahalaşıb. Lakin ən çox bahalaşma ikinci çörək hesab edilən kartofun qiymətində müşahidə olunub. Kartofun qiyməti növündən asılı olaraq hər kiloqramında 40-50 qəpik arasında bahalaşıb. Ümumilikdə isə Azərbaycanda kartofun topdan satış qiyməti təxminən 50-60 faiz artıb.

Satıcılar bu məhsulun qiymətinin belə yüksək artımını İrandan Azərbaycana kartof ixrac olunmaması ilə izah edirlər. Buna görə bazarda kartofa olan tələbat artıb ki, bu da öz növbəsində qiymətlərə təsir edir. Yerli kartofun qiyməti isə daha acınacaqlıdır.

Satıcılar qiymətlərin daha da artacağını istisna etmədilər. Bildirdilər ki, ölkənin regionlarından kartofun paytaxta çatdırılması baha başa gəlir. Elə alıcılar da qiymət artımından dad edirlər.

Qeyd edək ki, Azərbaycanda kartofun qiymətinin artımının səbəbləri barədə hələ ki rəsmi məlumat verilmir./interaztv/
1759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00
İranda terror qrupu zə