Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Bakıda ər 28 yaşlı arvadını qanına qəltan etdi

Bakıda daha bir ailədaxili münaqişə qanlı hadisə ilə nəticələnib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi yeni yaşayış massivində yaşayan 1979-cu il təvəllüdlü Məmmədov Azər Hümmət oğlu həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Alimə Yolçu qızına çoxsaylı bıçaq zərbələri endirib. Döş qəfəsi, çiyin, bel və əl nahiyələrindən çoxsaylı xəsarətlər almış qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

A. Məmmədovun həyat yoldaşını hansı səbəbdən öldürmək istədiyi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.
1427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:01