Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

AİP Qafqaz Müsəlmanları İdarəsinə müraciət ünvanladı

Azərbaycan İslam Partiyası ( AİP) ofisində “İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) vəfatı, imam Həsənin (ə) şəhadəti günü, yoxsa yeni il bayramı qeyd edilməli” mövzusunda dəyirmi masa keçirib.

Məlum olduğu kimi, dekabrın 31-i (səfər ayının 28-i) İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) vəfatı, imam Həsənin (ə) şəhadəti günüdür. Eyni gündə həm də Həzrət İsa Məsihinin dünyaya gəldiyi gün kimi miladi tarixinin yeni il axşamı bayram şənliyi qeyd olunur. AİP Azərbaycan cəmiyyətində bu tarixi günə istinadən 97 faizi müsəlman olan bir xalqın necə yanaşmasını, bu yanaşmanı zəruri edən mənəvi, maddi, tarixi, əlamət və mahiyyətinə görə istiqamətləndirən prinsipial mövqe nümayiş etdirərək MEDİA mənsublarını məlumlandırıb. Müzakirədə çıxış edən natiqlər cəmiyyətimizin dinimizə və İslam müqəddəslərinə böyük hörmətlə, məhəbbətlə yanaşmalarını, dini təəssübkeşliyi tariximizə, ənənələrimizə, milli-mental xüsusiyyətlərimizə uyğun gəlməyən, bu cəhədlərlə heç bir hətta ideoloji əlaqəsi olmayan yolka, şaxta baba kimi qondarma bayramlara qurban verməməyi tövsiyə etmişlər.
Mətbuat konfransında Peyğəmbərin (s) vəfatının rəsmi şəkildə, ümumxalq miqyasında anılmasının vacibliyini nəzərə alaraq dəyirmi masa iştirakçıları QMİ-nə müraciət qəbul etmişlər./Islaminsesi.az/
1641 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05