Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Türkiyədə nazir övladlarının həbsi tələb olunub

Türkiyədə 17 dekabr əməliyyatı zamanı şübhəli şəxs qismində saxlanılanların həbsi üçün həbs-qətimkan tədbirinin seçilməsi istənilib. Apa-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prokurorluq sorğusunda daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülər​​, iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kaan Çağlayan, “Halkbank”ın İdarə Heyətinin sədri Süleyman Aslan, iş adamı Rza Zərrab və daha 10 nəfərin həbsi istənilib.

Həmçinin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktarla Fatih Bələdiyyə başqanı Mustafa Dəmirin də aralarında olduğu 36 şübhəlinin həbsi istənilib.

Onu da qeyd edək ki, şübhəli şəxs qismində saxlanılanlardan daha 6 nəfər prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb. Sərbəst buraxılanlar arasında tanınmış biznesmen Ali Ağaoğlu da var. Məhkəmənin qərarı ilə o, istintaq davam etdiyi müddətdə ölkəni tərk edə bilməz.

Nazir övladlarının həbsi Azərbaycanda da tələb olunmalıdır

1614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP