Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Gömrükdə “haqq” yığan Azərbaycan şirkətinin sahibi kimdir?

Gömrükdə “haqq” yığan Azərbaycan şirkətindən Rusiya kəşfiyyatına şikayət edildi

Rusiya-Azərbaycan sərhədindəki Mahaçqala gömrük postunda oturub “haqq” yığan Azərbaycan şirkətindən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) şikayət olunub.

Virtualaz.org saytı “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Ədalətli Rusiya Partiyasından deputatı Dmitri Qorovtsov məlumat verib.

Dmitri Qorovtsov Dövlət Dumasındakı çıxışında deyib ki, gömrük postlarında Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninova yaxın olan bir neçə kommersiya firması “haqq” yığır.

“Bu ilin iyul ayından etibarən Belyaninov gömrük postlarına əmr verib ki, yüklərin TIR kitabçaları ilə buraxılmasını dayandırsınlar. İndi yüklərin buraxılması yalnız yükün ünvana çatdırılmayacağı təqdirdə onun pulunun ödəniləcəyinə təminat verən hansısa haqqı ödədikdən sonra mümkündür. Yük keçirmək istəyirsənsə, deməli, nağd pul toplamalı və Federal Gömrük Xidmətinin rəhbərinə yaxın olan altı kommersiya firmasına ödəməlisən”-  deyə deputat bildirib.

D.Qorovtsov deyib ki, Mahaçqala gömrük postunda ümumiyyətlə xarici ölkədən - Azərbaycandan olan firma “haqq” yığır: “Mahaçqalada isə ümumiyyətlə adam heyrətə gəlir. Orada gömrük postunda Azərbaycandan olan firma oturub və nağd pulları məhz o firma yığır” - deyə deputat bildirib.

Rusiyalı deputat bildirib ki, həmin firmanın hansı əsasla Mahaçqala gömrük postunda oturub “haqq” yığmasını aydınlaşdırmaq üçün FTX-yə sorğu verib. D.Qorovtsov deyib ki, Rusiya gömrüyünün tətbiq etdiyi yeni sistem ölkənin qoşulduğu beynəlxalq konvensiyalara ziddir.

“Buna görə Rusiyaya qarşı cavab addımlarının atılması ancaq zaman məsələsidir” - deyə Qorovtsov xəbərdarlıq edib.

Xatırladaq ki, Azərbaycan gömrüyündə də gömrük haqlarının və digər “haqların” toplanması işi çoxdandır özəl firmalara həvalə edilib. Bu işlə “Broker MMC” adlı firmanın məşğul olduğu məlumdur. Lakin Rusiya Dövlət Dumasının deputatının haqqında bəhs etdiyi firmanın məhz “Broker MMC” olub-olmadığı müəyyən deyil. 

1656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber