Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Metronun dərdi var, metro xəstədir...

Bakı Metropolitenində ötən gün yaşanan təşvişin səbəbləri hələ də gündəmdədir.

Metropoliten rəhbərliyi sıxlığın yaranması ilə nəticələnən qatarların ləngiməsinə dair hələ də açıqlama verməsə də ANS-in əməkdaşları metro sistemindəki nasazlığı diqqət mərkəzində saxlayıblar. Bu sahəyə bələd olanlar isə sərnişinlərə xəbərdarlıq edir ki, metronun dispetçer sistemi rəqəmsal idarəetməyə keçmədiyindən minlərlə insanın tuneldə qalması hadisəsi tez-tez təkrarlanacaq.

Birdən elə düşünərsiniz ki, metropoliten rəisi jurnalistlərimizə etdiyi kobudluqdan sonra ona qarşı qərəzimiz var. Bu, əsla belə deyil. Biz sadəcə cəmiyyətdə baş verənləri göstəririk.

Eminin aqibətində olan yüzlərlə şəxs dünən metroda yarım saat qatar gözləyib, gəlməyincə isə taksidən istifadə ediblər. Səhər tezdən metroda işə, dərsə gecikən sərnişinlərin əsəbləri pozulması azmış kimi, hələ üstəlik taksidən istifadə etməklə xərcə də düşüblər. Ötən gün metroda "Dərnəgül"-"Həzi Aslanov" və əks istiqamətə hərəkət edən qatarların ləngiməsi bütün stansiyalarda insan sıxlığının yaranmasına səbəb olmuşdu ki, Bakı Metrpoliteni hələ də qatarların niyə yubanmasını izah etmək istəmir. Sadəcə Bakı Metropoliteni baş verənlərə proqram təminatında yaranan problemi səbəb göstərməklə kifayətlənib. Ekspertlər isə hesab edir ki, bu sahənin mütəxəssisləri metronu köhnə sistemlə idarə etməklə kifayətlənməməldirlər. Çünki metronun dispetçer sistemi rəqəmsal idarəetməyə keçmədikcə belə ləngimələr qaçılmaz olacaq.

Ekspert Zöhrab İsmayıl: “Digər ölkələrin metrolarına nəzər saldıqda orda stansiyada bir dənə metro işçisini görmək olmaz, amma bizdə nədənsə bütün işçilər stansiyadadır. Halbuki bütün işçilər dispetçer sistemində oturmalı, oradan dəqiq idarə etməlidirlər. Elə sıxlıqlarda nə desən baş verə bilər. Başqa ölkələrdə interval 2 dəqiqədən bir olur və qatarlar arasındakı məsafəni göstərəcək konkret vaxtlar var”.

Ekspert deyir ki, Bakı Metropoliteni yeni sistemə keçməməyi hər zaman xərclərinin çox olmasi ilə əlaqələndirir. Amma metronun reklam və icarayə verdiyi ticarət obyektlərindən əldə etdiyi gəliri çıxmaqla təkcə gediş haqlarından il ərzində 1 milyon 400 min manata yaxın gəlir əldə edir ki, bununla da yeni sistemə keçmək elə də çətin deyil.

Ümumiyyətlə, təkcə son 3 ay ərzində artıq 5-ci dəfə ləngimələr qeydə alınır. Hər dəfə yubanmalar 10-15 dəqiqə arasında dəyişsə də budəfəki ləngimə yarım saata qədər insanların tuneldə qalması ilə nəticələnmişdi.

Birdən elə düşünərsiniz ki, metropoliten rəisi Tağı Əhmədovun jurnalistimizə etdiyi kobudluqdan sonra ona qarşı qərəzimiz var. Bu, əsla belə deyil. Biz sadəcə cəmiyyətdə baş verənləri nəzərinizə çatdırırıq./ans/
1695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber