Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2016

Hizbullah lideri: Müharibəyə cəlb edilsək, qırmızı xətt olmayacaq!

Seyid Həsən Nəsrullahın Əl-Məyadinə ikinci müsahibəsindən (fna.ir)

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Əl-Məyadinə müsahibəsində günün aktual məsələlərinə aydınlıq gətirib. Hizbullah lideri deyib:

Əgər müharibəyə cəlb edilsək, Hizbullah qırmızı xətt tanımayacaq...
Hizbullahın Suriyadan çıxması xəbəri aşkar yalandır...
Ərəbistanın Suriya və Yəməndə planları iflası uğrayıb...
İsrail Amerikanın razılığı olmadan müharibəyə başlamayacaq. Obama dövlətinin belə bir icazə verəcəyini düşünmürəm...
Müqavimət öz hazırlığı, düşüncəsi, mövqeyi ilə İsraili əmin edib ki, Livana qarşı istənilən müharibənin xəsarətləri böyük olacaq...
Biz ölkəmizi, xalqımızı müdafiə etmək üçün vuruşuruq...
İsrail beynəlxalq dəstəyə, ərəblərin dəstəyinə bel bağlamır. İşğalçı rejim hazırda real raketlərin hədəfindədir... İsrailin nüvə mərkəzləri, neftkimya, biokimya strukturları hədəfimizdədir... Əlimizdə zavodların, anbarların, strateji mərkəzlərin tam siyahısı var və onlar hədəfdədir...
Livana qarşı yeni müharibədə tavan, sərhəd, qırmızı xətt tanımırıq. Müqavimət İsrail və ərəblər tərəfindən hədəfə alınıb. Müharibə ehtimalı olması da, Allaha təvəkkül etməklə ciddi çalışırıq...
Biz hansı silahlara malik olduğumuzu açıqlamırıq. Deyirik ki, Netanyahunun nüvə silahı ola bilər, bizim özümüzü müdafiə üçün silahımız olmamalıdır?! Livana qarşı müharibə axmaqlıqdır!
Rusiyanın Suriyadakı qüvvələrini azaldacağından xəbərdar idik. Putin deyib ki, lazım gəlsə qısa müddətdə qüvvələr Suriyaya geri dönəcək.
Fars Körfəzi Həmkarlıq Şurasının Hizbullahı terrorçu adlandırması Ərəbistanın qərarıdır. Düşünürük ki, Ərəbistan yox, Ali-Səud terrorçudur.
Ali-Səud rejimi İrana qarşı bütün fitnəkarlıqlara əl atıb. Nüvə razılaşmasını da pozmağa çalışdılar, bacarmadılar...
Hizbullah Bəhreyndə kimisə silahlandırmır, bu yalandır. Əgər bu işi görsəydik vəziyyət fərqli olardı.
Biz məntəqədə hamını müzakirəyə, siyasi anlaşmaya çağırmışıq. Heç vaxt müharibə istəməmişik. Müqavimət hədəfə alınanda Suriyaya getməyə məcbur olduq. İran Ərəbistanla müzakirə aparmaq istəsə də, onlar danışıqlardan qaçır. Ərəbistan bu gün cahiliyyət dövründə atılmayan addımları atır.
Həriri Ərəbistandan qayıdandan sonra Hizbullaha hücumlar başlayıb. Biz müsbət nəticə gözləməsək də, Müstəqbəllə danışıqları davam etdidririk. Biz pula satılmayan prezident istyirik...

Vilayet.info
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23
Pakistan sərnişin