Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2016

Jirinovski: "Türkiyə Azərbaycan üzərindən Rusiyanın cənubunu işğal etmə planı hazırlayır"


Hər zaman qalmaqallı açıqlamaları ilə diqqət çəkən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə bir iddia ortaya atıb.

Jirinovski Türkiyənin Rusiyadan Suriyanın intiqamını almağa çalışdığını və yaxın zamanlarda suriyalı qaçqın axınını Qafqaz vasitəsi ilə Rusiya ərazisinə yönəldəcəyini deyib.

"Moskvanın səsi" radiosuna danışan Jirinovski Rusiyanın qaçqın axınının qarşısını almaq üçün, sovet dövründəki KQB kimi bir qruma ehtiyac olduğunu bildirib.

"Avropa ilə razılaşan Türkiyənin Suriyanın intiqamı almaq üçün qaçqın axınını Qafqaz üzərindən Rusiyaya istiqamətləndirməyə hazırlaşır. "Çünki Avropa ilə qaçqın razılaşmasına nail olan Türkiyə, indi bu insan axınını Rusiyaya istiqamətləndirmə planları hazırlayır.

Yaxında böyük qaçqın dalğasını Gürcüstan, Ermənistan və Azərbaycan üzərindən Rusiyanın güneyinin zəbt edilməsi üçün göndərəcək. Ankara Moskvaya belə bir Suriya cavabı hazırlayır. Türkiyənin atacağı bu adıma ancaq KQB kimi bir kəşfiyyat təşkilatı quraraq cavab verə bilərik " deyə Jirinovski qeyd edib.
816 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber