Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2016

İlahiyyatçı Ceyhun Cəfərovun vəkili Zakir Qaralova müraciət etdi

İlahiyyatçı Ceyhun Cəfərovun vəkili Zakir Qaralova müraciət edib. Bu haqda vəkil Cavad Cavadov özünün sosial şəbəkə profilində bildirib: "Hüquqlarını müdafiə etdiyim, tanınmış ilahiyyatçilərdən olan Cəfərov Ceyhun artıq bir ildən artıqdır ki, həbsdədir və ona heç bir əsası olmayan, qondarılmış şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb. İttihamın əsasını təsdiq edəcək heç bir sübut yoxdur».

Hüquq müdafiəçisi müvəkkili Ceyhun Cəfərov və onun həbs olunma şəraiti barədə qısa məlumat verdikdən sonra, onun barəsində 1 ildən artıq müddətdə həbs qətimkan tədbirinin dörd dəfə uzadıldığını vurğulayıb: «İstintaq orqanı elan olunmuş qondarma ittihamı təsdiq edəcək heç bir sübut ortaya qoymur, verdiyimiz bütün vəsatətlər rədd olunur».

«Cənab Baş Prokuror: xahiş edirəm Ceyhun Cəfərov barəsində olan cinayət işini tələb edib, nəzarətə götürəsiniz və istintaq aparılması üçün başqa istintaq orqanına həvalə edəsiniz", - deyə vəkil müraciətini yekunlaşdırıb./faktxeber/
887 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55