Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2016

Suriyada Rusiyaya məxsus helikopteri vuran terrorçular saxlanılıb - FOTO/VİDEO

Martın 20-də  Cəbəl Kalyat yüksəkliyində silahlı qruplaşmalara qarşı əks-hücum həyata keçirən Suriya Ərəb Ordusu  «Ceyş ət-Türkmən»nin 4 üzvünü ələ keçirib. Digər məlumatlara görə, ələ keçirilən silahlılar  Əl-Qaidənin  Suriya bölməsi olan «Cəbhət ən-Nusra»nın üzvüdürlər.
 
 
Hər necə olsa da, onlardan ikisinin Amerika istehsalı olan TOW tankəleyhinə  qurğunun operatoru olduğu bilinib, hansı ki, ötən ilin noyabr ayının 24-də Latakiyanın şimalında  dağlarda eniş etmək məcburiyyətində qalan Rusiya HKQ-nin  Mi-8AMTŞ helikopterini vurmuşdu.
 
 
Qeyd edək ki, Rusiyaya məxsus helikopter elə həmin günü Türkiyə HHQ tərəfindən vurulan Su-24 bombarmançısı üçün xilasetmə əməliyyatında iştirak edirdi. Nəticədə  göyərtədə olan xilasetmə qrupunun üzvü matros Aleksandr Pozınıç ölmüş, təyyarə isə dağlarda məcburi eniş etmişdi. Heyət helikopteri tərk etdikdən sonra isə TOW-dan  açılan atəşlə məhv edilmişdi. Tterrorçular bütün bunları videoya çəkib yayımlamışdılar./Faktxeber/

934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber