Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2016

Cəbhədə gərginlik artıb: iki hərbçimiz yaralanıb

Müdafiə Nazirliyinin saytının yaydığı məlumata görə, Novruz ərəfəsində və bayram günlərində Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı silahlardan, minaatan və qumbaraatanlardan istifadə etməklə qoşunların təmas xəttində gərginliyi xeyli artırıb. Düşmən mövqelərimizi, cəbhəboyu zonada yerləşən kəndləri, eləcə də hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri atəşə tutmaqda davam edib.

Bu günlər ərzində düşmən tərəfindən açılan atəşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində martın 19-da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rüstəmov Əsəd Vahid oğlu və martın 20-də isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Həsənov Nicat Cəbrayıl oğlu yüngül yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükə yoxdur.
799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber