Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2016

Suriya hökumət ordusu tarixi Palmiranı İŞİD-in əlindən aldı

Suriya dövlət televiziyası hökumət ordusunun tarixi Palmira şəhərinə daxil olduğunu təsdiqləyib.

Dünən hökumət qüvvələri ötən ilin may ayından bəri İŞİD-in ələ keçirdiyi Palmira şəhərinə doğru irəliləsə də, şəhərə tam hakim ola bilməmişdi. Suriya dövlət televiziyası Palmira şəhərinin bu gün Suriya hökumətinin nəzarətinə keçdiyini açıqlayıb.

UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir. İŞİD bu müddət ərzində antik şəhərdəki 2 min illik məbədlərə və bir çox heykələ zərər vurub.
1206 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
Go to TOP