Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2016

Kerri və Lavrov arasında diplomatik zarafat

ABŞ Dövlət katibi Con Kerri ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun görüşündə maraqlı anlar yaşanıb.

Kerri görüş zamanı Lavrovu doğum günü münasibəti ilə təbrik edib.

“Ümid edirəm ki, bu tarix danışığımız zamanı sənə daha müdrik olmağa imkan verəcək”, - Kerri bildirib.

Lavrovun isə Kerriyə cavabı gecikməyib:

“Con, çox sağ ol, əgər müdriklik yaşla ölçülürsə, o zaman mən səninlə danışıqlara davam edə bilmərəm”.

Hər iki tərəfin nümayəndələri Lavrovun bu zarafatına gülüb.

“Əgər qocalara hörmət edilirsə, əsas olan budur”, - Kerri gülərək Lavrova cavab verib.

Qeyd edək ki, martın 21-də Lavrovun 66 yaşı tamam olub. Kerrinin isə 72 yaşı var./axar/
719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP