Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2016

İŞİD-in İsrailə hücum etməməsinin səbəbi nədir?

Sionistlərə bağlı “Maku” saytı bir məqaləsində İŞİD-in İsrailə hücum etməyəcəyi barədə yəhudiləri əmin edib.
Redaksiyamızın “Shianews” saytına istinadla verdiyi xəbərə əsasən, sionistlərə bağlı “Maku” saytı bir məqaləsində İŞİD terror qrupunun Yaxın Şərqdəki hərəkətlərinə, İŞİD-in əməllərinə neçə illərdir ki, göz yuman, hətta maddi dəstək verən qərbə son hücumlarına toxunaraq ciddi olaraq bildirib ki, İŞİD-in hücum siyahısında İsrail yoxdur.
Məqalənin davamında bunun səbəbləri də təhlil olunaraq yazılıb ki, İŞİD düşüncə və etiqadına əsasən şiələr yəhudilərdən də təhlükəlidir və onlar küfr etiqadlarına görə cəzalandırmalıdır.
Maku saytı öz iddiasını sübut etmək üçün İŞİD terrorçu qrupunun üzvləri ilə müsahibəsini də təqdim edib. Bu müsahibədə terrorçular İsrail məsələsini tamamilə dini bir məsələ sayır və onların əqidəsinə görə dini təlimlər dini bir ixtilafa görə İsrailə hücum etməyə icazə verməyəcək.
Həmçinin sayt bildirib: İŞİD terrorçu qrupu şiələrin qətliamını və şiə siyasi qruplarınn məhv edilməsini öz uzunmüddətli proqramında qərar vermişdir.


1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber