Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2016

Əməliyyat: Brüsseldə daha bir partlayış

Bu gün Belçikanın paytaxtı Brüsseldə növbəti partlayış baş verib.

Brüssel polisi Şaerbeek səmtində böyük bir əməliyyat keçirib. Şübhəli şəxslərin evlərinə basqın zamanı partlayış səsləri eşidilib. Partlayışda xəsarət alan olmayıb.

Türk məhəlləsi kimi tanınan Şaerbeekdə keçirilən əməliyyat zamanı 1 nəfər saxlanılıb. Əməliyyatların davam etdiyi bildirilib.

Qeyd edək ki, bu gün keçirilən daha bir əməliyyat zamanı isə daha 2 nəfər saxlanılmışdı.

Xatırladaq ki, 22 mart tarixində Brüsseldə 4 partlayış törədilib. Terakt nəticəsində 34 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi