Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2016

Ənsarullah hərəkatının rəhbəri Yəmənə qarşı təcavüzkar hücumların ildönümü münasibətilə çıxış etdi

Yəmənin Ali İnqilabi Şurasının və Ənsarullah rəhbəri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Yəmənə qarşı Səudiyyənin rəhbərlik etdiyi təcavüzkar hücumların birinci ildönümü münasibətilə çıxış edib.

Əl-Məsirə xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi Səudiyyə rejiminin Yəmənə qarşı hücumlarının, dinc yaşayış yerlərinin hədəfә alınmasının və bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərin arxasında ABŞ-ın dayandığını bildirib.

Səudiyyə rejiminin Yəmənə hücum edərək, buranı öz tabeliklərində olan diktatura vəziyyətinə gətirmək istədiyini deyən Seyid Əbdülməlik, Yəmən xalqının ayıqlığı sayəsində bütün bu oyunların qarşısının alındığını bildirib.

Ənsarullah lideri baş verən hücumların və düşmənçiliyin arxasında ABŞ-ın olduğunu qeyd edərək, ABŞ-ın və sionist İsrail rejiminin maliyyə cәhәtdәn Səudiyyə rejiminə dәstәk oldoğunu bildirib.

Əl-Husi Səudiyyə rejiminin təcavüzkarlığını BMT və Təhlükəsizlik Şurasının himayəsi altında, geniş media dəstəyi ilə həyata keçirdiyini ifadə edib. O, Səudiyyənin Yəmənə qarşı hücumlar reallaşdırarkən bütün hüquqi və humanitar məhdudiyyətlərin aradan qaldırıldığını, heç kəsin bunlara reaksiya vermədiyini bildirib. Ənsarullah hərəkatı BMT-nin təkcə tabe olduğu dövlətlərin təhlükəsizliyini təmin etdiyini və Yəmənin xeyrinə heç bir qərar qəbul etmədiyini də vurğulayıb.

Livanın Hizbullah hərəkatı və hərəkatın baş katibi Seyid Həsən Nәsrallaha çıxışı zamanı toxunan Seyid Əbdülməlik Əl-Husi, Ərəb Liqasının Hizbullahın bir terror təşkilatı olması istiqamətində qəbul etdiyi qərarının müqaviməti hədəf alaraq, sionist İsrail rejiminə xidmət etdiyini bildirib. Ənsarullah lideri Nәsrallaha Yəmən xalqına verdiyi dəstəyinə və mövqeyinə görə, təşəkkür edib.

Çıxışının sonunda Səudiyyə rejiminə səslənən Ənsarullah lideri Səudiyyəni ABŞ və İsrail rejimilə mübarizə apararaq, İslam və әrəb ölkələri ilə birgə hərəkət etməyə dəvət edib. "Amerikalılar və israillilər bu etdiyiniz işdə sizin üçün bir xeyir istəmirlər", - deyə o bildirib./deyerler/
739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı