Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Hücuma məruz qalan soydaşımız dünyasını dəyişdi

Moskvada hücuma məruz qalan soydaşımız dünyasını dəyişdi - Bizim xəbər

Moskvada Azərbaycan vətəndaşına hücum olub. Dekabrın 15-də Rusiya paytaxtındakı "Moskva" mehmanxanasının yaxındığında Şirvan sakini Süleymanov Elşən Adil oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb. Onun avtomobilini də əlindən alan cinayətkarlar hadisə yerindən uzaqlaşıblar. Məlumatı Musavat.com-a onun həyat yoldaşı Ruhiyyə Süleymanova verib. Onun sözlərinə görə, hücuma məruz qalan Elşən Süleymanov Moskvada Sklifasovski adına xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və yaralı bir neçə gün koma vəziyyətində qalıb. Elşən Süleymanov dekabrın 19-da dünyasını dəyişib.

Mərhum soydaşımızın ailə üzvləri Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ediblər. Diplomatların araşdırması nəticəsində məlum oluö ki, Moskvanın şüquq-mühafizə orqanları faktla bağlı cinayət təqibinə başlamayıblar.

Mərhum Elşən Süleymanovun həyat yoldaşı onu da bildirir ki, hadisənin baş verdiyi əraziyə müşahidə kameraları vasitəsilə nəzarət edilir.

Bu gün səhər saatlarında Elşən Süleymanovun nəşinin Bakıya gətirələcəyi gözlənilir.

Elşən Süleymanov Moskvada ailəsi ilə yaşayıb. O, iki qız atası idi.
1582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51