Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2016

Kişi həkim qadın xəstəyə toxuna bilər?

Xalq arasında yayılmış bir söz var: Həkim xəstəyə məhrəmdir!! Guya kişi həkim qadın xəstəyə, qadın həkim kişi xəstəyə heç bir maneəsiz baxa və toxuna bilər. Etiqadlı insan üçün təqlid mərcələrinin hökmü əhəmiyyət kəsb edir. Əslində həkim xəstəyə yox, onun sirlərinə məhrəmdir!

Sual: Qadın xəstə qadın həkim olduğu zaman kişi həkimə, rentgenoloqa, sonoqrafistə, cərraha müraciət edə bilərmi?

Ayətullah Xoyi:
Haram baxış və haram toxunma ilə şərtlənibsə, zərurət yaranana qədər olmaz.

Ayətullah Sistani:
Əgər mütəxəssis qadın həkim varsa, kişi həkimin haram baxış və haram toxunma ilə müayinə və müalicəsi icazəli deyil.

İmam Xomeyni:
Zərurət yaransa, kişi həkimə müraciət edə bilər. Amma qadın həkim varsa, kişi həkimə müraciət etməsin.

Ayətullah Əraki:
İxtisas və məharət baxımdan qənaətbəxş qadın həkim olmasa, zəruri halda kişi həkim qadın xəstəyə baxa, toxuna bilər.

Ayətullah Behcət:
Zərurət yaranmasa, kişi həkim qadın xəstəyə baxa bilməz, toxuna bilməz.

Ayətullah Xamenei:
Əgər müayinə və müalicə haram baxış və haram toxunma ilə şərtlənibsə caiz deyil. Peşəkar qadın həkim olmasa istisnadır.

Vilayet.info
839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55