Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2016

Google-nin sizin haqqınızda bildiyi 8 şey

Google, müxtəlif mövzularla bağlı bir çox xidmət ilə istifadəçilərinə xidmət verməyə davam edir. Yaxşı, bunun əvəzini istifadəçilər necə ödəyir?

Maide.az xəbər verir ki, Google, 1998-ci ildən bu yana bir çox mövzuda, bir çox xidməti ilə istifadəçilərinə xidmət verməyə davam edir. Hər şeyin bir əvəzi olduğu fikirinə əsasən şirkət, istifadəçilərin fərqində olmadan bir çox məlumatlarını özündə toplayır. Google sizin xəbəriniz olmadan sizdən hansı məlumatları toplayır?

1- Axtardığınız hər şeyi yığır saxlayır

İstifadəçilər normal ya da gizli internet təcrübələrini reallaşdırdığı sırada, özlərini izləyən bir sistemin olduğunu bilmirlər. Belə ki, bütün axtarışlar saytda qeyd olunur və saxlanılır. Google, bu sayədə sizə xüsusi axtarış variantları, reklamları daha asan təqdim edə bilir.

2- Harada olduğunuzu yada olacağınızı bilir

Google Maps və ya GPS istifadə edildiyi təqdirdə sizi təqib edə bilir. Bunu da demək lazımdır ki, ağıllı telefonunuzda açıq olan Google emailiniz, sayt tərəfindən izlənilmək üçün kifayət edir.

3. Sevdiyiniz yada sevmədiklərinizi bilir

Axtardıqlarınızı yadda saxladığı üçün sizin bəyəndiyiniz sayt, reklam və digər şeyləri sizə tərcih olaraq göstərir. Youtube saytını açarkən baxa biləcəyiniz prioritet videolar Google sayəsində sizə təqdim edilir.

4- E-maillerinizin təqibini reallaşdırır
Hər gün minlərlə insanın Gmail kimi bir xidməti istifadəçilərinə Google təqdim edir. Bununlada göndərdiyiniz və aldığınız bütün məktubları təqib edir və bilir.

5 - Hansı tətbiqi nə qədər istifadə etdiyinizi bilir

Google hansı tətbiqi nə zaman, nəqədər istifadə etdiyinizi arxivində yer alan qeydlər bölümündə saxlayır.

6- Nə qədər pul xərclədiyinizi bilir

Əgər Android istifadəçisinizsə və Google Wallet proqramını istifadə edirsizsə Google sosial həyatınızda xərclədiyiniz pulun miqdarını bilir.

7- Səsinizi yazır

Google Voice- səsli axtarış sistemi aktiv olan istifadəçilərin səsi, sayt tərəfindən yazılır. Sonrakı axtarışlarda səsi tanıma özəlliyi və digər funksiyalar buna görədir.

8- Hər şeyi bilir

Düşünürsüz yalnız Chrome, Mozilla, Explorer axtarış sistemləri ilə axtarılanlardan Googlenin xəbəri var. Xeyir belə deyil, hər hansı bir sayt və tətbiqi açırsınızsa orada google-nin xidmət göstərdiyi hər hansı bir reklam, axtarış və s. var və yuxarıda qeyd etdiklərimizi google həmin vasitələrlə bilir. Bu anlamda Google düşündüyümüzdən daha çoxunu bilir./shiftdelete/
758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı