Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

NATO: "Rusiyaya hücum etmək fikrimiz yoxdur"

“Güclü Avropa güclü NATO deməkdir”.

Bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen “Le Monde”yə verdiyi müsahibəsi zamanı deyib.

“Mən çox sevinirəm ki, 2008-ci ildən bəri ilk dəfə Avropa Birliyi müdafiə, təhlükəsizlik məsələlərinə diqqət ayırır və hərbi qüdrətini artırmaq üçün sərmayə ayırır. Liviyadakı müharibə sübut etdi ki, Avropa ordusunda bəzi silahlar çatışmır. Mən Fransanın Mali və Mərkəzi Afrika Respublikasında stabilliyi qorumaq üçün hərbi əməliyyatlarda iştirakını dəstəkləyirəm, çünki bilirik ki, Afrikadakı qarşıdurma terrorizmə, qaçaqmalçılığa və miqrant axınına rəvac verir. Ukraynanın Rusiya “düşərgəsinə” qayıtması birbaşa təhlükə deyil, sadəcə narahatçılıq yaradır. Təəssüf edirəm ki, Ukrayna Assosiasiya sazişini imzalamadı. Rusiyanın Kalininqrad vilayətində raket kompleksləri yerləşdirməsi də bizi narahat edir. Bu, 2010-cu ildə NATO ilə Rusiya arasında imzalanmış sazişə ziddir. Aydın məsələdir ki, bizim Rusiyaya hücum etmək fikrimiz yoxdur, ancaq qarşı tərəf hesab edir ki, o təhlükə var”, - deyə NATO-nun baş katibi bildirib./ans/
1608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı