Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2016

Bakıda müəmmalı gurultu - Binalar silkələndi

Bu gün saat 12:00 radələrində Bakının Səbayıl və Yasamal rayonu ərazisində müəmmalı bir gurultu səsi eşidilib.

Həmin həss o qədər güclü olub ki, hətta binaları da titrədib. Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub. Hətta bəzi vətəndaşlar öz sosial şəbəkədəki hesablarında şərhlər yazaraq nə baş verdiyini anlamağa çalışıblar.

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, məsələdən xəbərdardır: “Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu zəlzələ deyildi”./ans/
1324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir
21.03.17, 11:37