Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Bərdədə sakinlərlə yol polisləri arasında insident

Bərdədə vətəndaşlarla yol polisi arasında insident baş verib. “Azadlıqa”a daxil olan məlumata görə, bir neçə gün əvvəl Bərdənin Hacıalı kəndində toy olub. Bərdənin yol polisinin rəisi Cəmil Mirzəyev və əməkdaşı Aqil Quliyev toya avtomobillə gələnləri mərasim bitəndən sonra saxlayıb, onlara sərxoş olduğu bildirilib.

Bu isə sakinlərlə yol polisləri arasında əvvəlcə mübahisəyə, daha sonra isə əlbəyaxa davaya çevrilib.

Məlumata görə, sakinlərin qəzəblənməsinə səbəb Cəmil Mirzəyevlə Aqil Quliyevin qanunsuzluğu olub. Iddia olunur ki, əslində, toydan çıxan qonaqların avtomobillərinin saxlanılmasına heç bir əsas olmayıb.


Qeyd edək bir müddət əvvəl də Aqil Quliyevin adı gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, sürücülərdən biri Aqil Quliyevin üstünə benzin tökərək ona od vurub. Lakin yol polisinin həyatı xilas olunub.
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:43