Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Etirazçı dəmiryolçular Abutalıbova xəbərdarlıq etdi

«Əks halda, Prezident Administrasiyasının qarşısında özümüzü yandıracağıq…»

“Azərbaycan Dövlət Dəmiryolları” QSC-nin bir qrup əməkdaşı Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Abutalıbova ünvanlanan müraciətin surətini “Azadlıq”a da göndərən dəmiryolçular məktubda yazır:

“Dəmiryolunda uzun illərdir baş alıb gedən məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə halları və digər məsələlərlə əlaqədar dövlət başçısına, baş nazirə, Milli Məclisə, baş prokurora, Daxili Işlər Nazirliyinə və digər qurumlara dəfələrlə müraciət etmişik. Lakin bugünə qədər heç bir tədbir görülməyib və nəticə çıxarılmayıb. Bizim şikayətimizə heç bir dövlət qurumu baxmır. Əksinə, şikayət və müraciətlər birmənalı şəkildə dəmiryolu idarəsinə göndərilir və şikayətimizin əsassız olduğunu bildirirlər.


Haqsızlıq və dövlətin səlahiyyətli qurumlarının bizə qarşı biganə münasibəti, məmur özbaşınalığına göz yumması hüquqlarımızdan istifadə edib etirazımızı kütləvi və açıq şəkildə bildirməyə vadar edir.

Biz aksiyanı qanuni şəkildə keçirmək üçün konstitusion hüququmuzdan istifadə edərək sizə müraciət edirik. Hacıbala müəllim, əvvəlki iki müraciətimizi siz digər səlahiyyətli qurumlar kimi dəmiryolu idarəsinə göndərdiniz və biz yenə eyni məzmunlu, “şikayətiniz əsassızdır” cavabını aldıq. Xahiş edirik, Konstitusiyanı nəzərə alaraq, bizim də azad söz deməyimizi, şikayətimizin ölkə başçısına çatdırmağa kömək edəsiniz. Biz dinc və demokratik qaydada açıq aksiya keçirmək istəyirik. Xahiş edirik 30 mart 2016-cı ildə qanuni şəkildə aksiyanı keçirməyə icazə verəsiniz. Əks təqdirdə, qanunsuz şəkildə özümüzü Prezident Administrasiyasının qarşısında yandırmaqla etirazımızı bildirəcəyik.

Illər boyu bizə aid pulların mənimsənilməsi, qanunsuz işdən çıxarılmalar, iş normativlərinin düzgün bölünməsi və digər məsələlərlə bağlı tələb edirik:

Bu işdə cavabdeh olan şəxslər Dövlət Dəmiryolu Idarəsinin keçmiş sədri Arif Əsgərov, onun müavini Əlirza Süleymanov, Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov sərnişindaşıma deposunun rəisi Rəhman Əbişov və digərləri işdən azad edilsin.

2001-2008-2011-ci illərdə Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, bizə aid gündəlik çörəkpulları yenidən hesablanaraq qaytarılsın. 13-cü əməkhaqqının hansı səbəbdən və hansı əmrə görə kəsilib verilməməsi barədə bizə yazılı məlumat verilsin. 2007-ci ildən yeni işə götürülənlərlə köhnə işçilər arasında maaş fərqləri hesablanıb qaytarılsın. Qanunsuz şəkildə və yaxud sıxışdırılıb ərizələri alınaraq işdən çıxarılanlar geri qaytarılsın. Hazırda işləyənlərin müqaviləsinə yenidən baxılsın, müqavilə bəndləri doğru-düzgün yazılsın, sərbəst imza edilməsi üçün şərait yaradılsın. Işləyənlər arasında qatarlar və vaqonlar qanunauyğun şəkildə bərabər bölünsün, iş şəraiti yaxşılaşdırılsın. Baş Prokurorluğa edilmiş müraciətlərimiz prokurorluq orqanları tərəfindən araşdırılsın”./azadliq/
797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP