Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Cəbhədə şəhid olan zabitimiz: nişanlı idi, toya hazırlaşırdı

Xəbər verdiyimiz kimi, martın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.

Musavat şəhid zabitimizlə bağlı məlumatlar əldə edib. Leytenant Qalib Zülfüqarlı Lənkəran rayonundandır. Onun atası da hərbçi olub. Qalib Zülfüqarlı nişanlı imiş və evlənməyə hazırlaşırmış.

Qeyd edək ki, şəhidlərin cənazələri artıq ailələrinə təhvil verilib. Onlar bu gün torpağa tapşırılacaqlar.

Allah şəhidlərimizə rəhmət eləsin!
827 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber