Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

“Səudiyyə Ərəbistanda seçkilər keçirməyə ehtiyac yoxdur, ona görə ki....”

Səudiyyə Ərəbistanının BMT yanında daimi nümayəndəsi Abdulla əl-Müəllimi deyir ki, ölkəsində Suriyanın əksi olaraq seçkilər keçirməyə ehtiyac yoxdur, ona görə ki, əhali hökumətdən "razı"dır.

A. əl-Müəllimi Əl-Cəzirə kanalının nə üçün Səudiyyə Ərəbistan Suriyada seçkilərin keçirilməsini tələb edir bir halda ki, rəsmi Riyadın özündə yalnız bir neçə bələdiyyə seçkisinin keçirilməsinə icazə verilir sualının cavabında deyib ki, Səudiyyə Ərəbistan xalqı hökumətdən razıdır və buna görə seçkilərin keçirilməsinə ehtiyac yoxdur, lakin Suriya ilə bağlı bu belə deyil.

A.əl-Müəllimi deyib ki, seçkilər hər şey üçün əlverişli müalicə yolu deyil. “Suriyada seçkilər keçirildiyi üçün Səudiyyə Ərəbistan da seçkilər keçirməlidir deyə bir şey yoxdur”.

O iddia edib ki, Səudiyyə Ərəbistanda sorğu keçirilərsə əhalinin hökumətdən nəqədər razi olduğunun şahidi olacaqsız.

Qeyd edək ki, 2011-ci ildən Səudiyyə Ərəbistanın əl-Qətif əyaləti də daxil olmaqla ölkənin bir sıra əyalətlərində siyasi islahatların keçirilməsi məqsədilə kütləvi dinc aksiyalar və nümayişlər keçirilir. Lakin Səudiyyə Ərəbistanın hakimiyyəti ölkədə nümayiş və etirazları silah və texnika gücünə yatırmağa çalışır. İndiyədək onlarla dinc sakin öldürülüb yüzlərlə dinc sakin isə yaralanıb.

Xatırladaq ki, bir müddət öncə Amnesty International BMT-nin İnsan Hüquqları Şurasından istəmişdi ki, Səudiyyə Ərəbistanı qanunlardan müxaliflərə qarşı represiyaları artırmaq məqsədi ilə suistifadə etdiyi üçün cəzalandırsın.

Amnesty International öz bəyaantında bildirmişdi ki,Səudiyyə Ərəbistan “terrorizmlə mübarizə” adı altında qanun qəbul edib və bu qanunla dinc aksiyalarda iştirak edənləri də terrorçu kimi görür, insan haqları fəalları və tənqidçilər haqqında məhkəmələrdə ədalətsiz qərarlar çıxardır və uzun müddətli həbs edir. /maide/
764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber