Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Bakıda minlərlə evi su basır

Zığ və Qum adasında yaşayan minlərlə sakin evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

Bu haqda məlumat verən şikayətçilər ərazidə yerləşən “Duzlu göl”ün qurudulmasına başlanandan sonra bu vəziyyətlə qarşılaşdıqlarını deyiblər.

Bir zamanlar “xəstəlik mənbəyi” adlandırılan göl bu dəfə vətəndaşların evlərini dağıtmağa xidmət etməkdədir. Belə ki, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən gölün qurudulması üçün su hövzəsinə hər tərəfdən torpaq tökülüb.


Gölün müəyyən qədər qurudulmasına nail olunsa da, üzərinə torpaq tökülmüş su yaşayış yerləri olan hissələrdən çıxmağa başlayıb. Torpaqlanmış gölün suyunun səviyyəsi isə durmadan qalxır və ətraf evlərin həyətinə axır./Modern/
698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP