Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Fideldən Obamaya: “Sənin 10 yaşın olanda…”

Kuba İnqilabının lideri Fidel Kastro ABŞ Prezidenti Barak Obamanın 88 illik fasilədən sonra Kubaya səfərinə münasibət bildirib.

89 yaşlı Fidel “Qardaş Obama” başlıqlı yazısında ABŞ-ın “hədiyyələrinə” ehtiyacları olmadığını deyib:

“Obama çıxışında Kubanın ABŞ kimi Afrikadan gətirilən qullar tərəfindən qurulduğunu söyləyir. Obamanın fikrincə, buranın yerli xalqı yoxdur. Ayrıca, irqi ayrı-seçkiliyin inqilab tərəfindən necə yox edildiyini və 10 yaşı olmayanda (Barak Obamanın – red) bütün kubalıların hansı hüquqlara sahib olduğunu demir.

Təxminən 60 ildir davam edən mərhəmətsiz mühasirə, muzdlu əsgərlərin hücumları və xeyli şiddətli etirazlardan sonra təhsil, elm və mədəniyyət sahəsində inkişafa imza atan bu zadəgan xalqın təslim olacağı xülyasına kimsə aldanmasın. İmperatorluğun bizə hədiyyə verməsinə ehtiyacımız yoxdur”./axar/
711 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi