Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Lionel Messidən gözlənilməz açıqlama

“Onun futboldan anlayışı yoxdu. O, “Barselona”ya rəhbərlik etmək istəyir. Ancaq bu mümkün deyil”.

Bu sözləri “Barselona”nın ulduz futbolçusu Lionel Messi klubun vitse-prezidenti Xavyer Fausun onun haqda dediklərinə münasibət bildirərkən söyləyib.

Faus daha öncə verdiyi açıqlamasında maaşının artırılmasını tələb edən Messiyə yeni müqavilə təklif edilməyəcəyini bildirmişdi.

Argentinalı sözlərinə belə davam edib: “Barsa” dünyanın ən yaxşı klubudu və bu komandanı yüksək səviyyəli funksionerlər idarə etməlidi. Demək istəyirəm ki, maaşımın artırılması ilə bağlı rəhbərliklə heç bir danışığım olmayıb”.
1815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...