Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2016

Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində “moyka” açıb

“Təmiz Binəqədi”, yoxsa...

Binəqədi rayonunda salınan “Azadlıq” parkı acınacaqlı durumdadır. Burada yaşayanların ən  çox dincəldiyi park baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Pakın döşəməsi dağılıb, ağaclar isə məhv edilir. Ətrafda aparılan onlarla tikili parkı tanınmaz hala salıb. “Azadlıq” metrostansiyası parkın içindən keçdiyindən buradan keçənlər əlindəki əşyalar parka atır.

 “Azadlıq” parkı Binəqədi Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşsə də, bu biabırçı vəziyyəti görməzdən gəlirlər. Yol kənarlarında “Təmiz Binəqədi” sözləri yazılsa da, mənzərə yuxarıda təsvir etdiyimiz kimidir.  biabırçı lakin görünür icra nümayəndələri bu şüarı layiqincə yerinə yetirə bilmirlər.



“Azadlıq” parkından Binəqədi Rayon İcra Hakimiyyətinə 1-2 dəqiqəlik yoldur. Kənardan icra hakimiyyətinin “Ağ Evi” xatırladan dəbdəbəli binası görünür. Geniş həyət, yaşıllıqlar içərisində ucalan bina...

Binanın həyətində 2-3 bağban işləyir. Xaricdən xüsusi gətirilmiş ağaclar yetişdirilir. İcra başçısı binanın həyətini qiymətli bitki hesab edilən Yaponiyanın “Zelkova Serrata”sı ilə bəzəyib.  Bir sözlə, cənnət-məkan... İcra nümayəndələri səliqəli və “Təmiz Binəqədi”ni, sən demə, öz idarələrinin həyətində yaradıblar. Həyətin dörd yanına da “təmizliyə riayət edin” sözləri yazılıb.

Ərazidə olduğumuz zaman diqqətimizi çəkən maraqlı bir məqam da oldu. İndiyədək dövlət qurumlarının qarşısında xüsusi “moyka” və ya kafeyə rast gəlməsək də, bu halı yalnız Binəqədi Rayon İcra Hakimiyyətinin həyətində gördük. Dəbdəbəli və bahalı mərmər daşlardan  tikilmiş “moyka” yalnız icra başçısının avtomobilini yumaq üçün tikilib. Belə ki, icra başçısı Xaləddin İsgəndərov icra hakimiyyətinin binasının qarşısında şəxsi avtomobillərinin yuyulması üçün “moyka” açıb. Fürsətdən istifadə edib, avtomobil yuyan sürücü ilə də həmsöhbət olduq. Bildirdi ki, bura yalnız icra başçısı Xaləddin İsgəndərova məxsusdur. Burada ancaq  icra başçısının avtomobili yuyulur.

Dövlət idarəsinin qarşısında şəxsi məqsədlər üçün hər hansı bir obyekt tikməyin qadağan  olduğunu yəqin ki, Xaləddin İsgəndərov da bilir. /musavat/
675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi