Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2016

«Pul Tahir»in Salyanda çıxardığı oyun

«Pul Tahir»in Salyanda çıxardığı oyunSalyan Suvarma Sistemləri İdarəsinin müdiri milyonlarla manatı Hacı Qurbanla birlikdə «əridib»

Azərbacanda təbii inhisarlardan biri kimi təqdim olunan və ölkə büdcəsindən hər il milyardlarla manat pul alıb, lakin səmərəli iş ortaya qoya bilməyən qurumların başında Meliorasiya və Su Təsərrüfatı ASC gəlir. Əhməd Əhmədzadənin rəhbəri olduğu bu təşkilat sözün həqiqi mənasında yarıtmaz fəaliyyəti ilə tanınmaqla yanaşı, həm də büdcə pullarını dağıdan əsas qurum kimi ad çıxarır.

Salyan Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Yusifov uzun illərdir bu sahədə çalışır və böyük gəlirlərin sahibidir. Onun gördüyü işlərin hamısından pul iyi gəldiyindən hər kəs onu «Pul Tahir» deyə çağırırlar.

Qeyd edək ki, Tahir Yusifov Salyanın keçmiş icra başçısı Tahir Kərimovun şəriki kimi də ad çıxarıb. Keçmiş icra başçısının bütün tapşırıqlarını yerinə yetirən idarə müdirinin bundan sonra nə edəcyi məlum deyil. Çünki Sevindik Hətəmovla ortaq dil tapıb, tapmamaq artıq onun özünə qalıb. Ona görə ki, Tahir Yusifov şərikinə arxalanaraq, camaata yuxarıdan aşağı baxan biri olub. Lakin Sevindik Hətəmov bunu ona bağışlayacaq, ya yox, məlum deyil.

İndi isə keçək əsas mətləblərə. «Pul Tahir» rəhbəri olduğu idarənin əliylə büdcənin milyonlarla vəsaitini silib ki, bunun da əyani sübutları göz qabağındadır. Məsələn, idarə müdiri suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi işlərinə görə, büdcədən 175875 manat alsa da, onun 17500 manatını belə tələb olunan işə sərf etməyib. Elə bu səbəbdəndir ki, əksər kanallar qamışlığın, lilin içində batır.

«Pul Tahir»in növbəti iki böyük əməliyyatı isə nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin alınması və tikinti materiallarının satın alınması olub. Salyanda tanınmış iş adamı Hacı Qurbanın oğluna məxsus olan «İlkin-N» firmasının əliylə bu işlərə birinci mərhələdə 164317 manat, ikinci mərhələdə isə 119006 manat «xərclənib».

Hacı Qurbanın şirkətləriylə sıx əlaqəsi olan Tahir Yusifovun «İlkin-T» firmasıyla əməkdaşları sonralar da davam edib. Belə ki, elektrik mühərriklərinin əsaslı təmiri işlərin bu firmanın əliylə «həyata» keçirilib və bu məqsədlə 56760 manat pul silinib. Ardından isə mexanizmlərə ehtiyat hissələrinin satın alınması işi üçün 25633 manat pul köçürülüb. Ki, bu pullar da idarə müdiriylə iş adamının arasında bölüşdürülüb.

Tahir Yusifov mexaniki avadanlıqların təmirinə sənəd üzərində 45502 manat, elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələrinin alınmasına 44626 manat, avtomobil ehtiyat hissələrinin satın alınmasına isə 28579 manat pul xərcləyib. Realda isə bu işlər üçün ayrılmış pulların böyük qismi işə qoyulmayıb./politika/
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi