Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2016

Yağış Bakıda problemlərə səbəb olub - "Çermet"də göl əmələ gəlib

Gecə saatlarından Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağır. Bəzi yerlərdə intensiv olan yağmurlu hava şəraiti hazırda davam edir.

"Report"un xəbərinə görə, yağış Bakıda bir sıra fəsadlara səbəb olub. O cümlədən, paytaxtın yollarında iri gölməçələr yaranıb. Bu isə böyük tıxaclara səbəb olub.

Bakıda müəyyən avtomobil yollarında maksimal hərəkət sürəti isə aşağı salınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) "Report"a verilən məlumata görə, qeyri-sabit hava şəraiti sabah da davam edəcək. Bakıda və Abşeron yarımadasında martın 29-30-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Musavat.com əməkdaşının verdiyi xəbərə görə, yağış suyunun toplanması, axar yerin olmaması səbəbindən Dərnəgül yolundakı (Ziya Bünyadov prospekti) "Çermet" körpüsünün ətəyində göl əmələ gəlib: "Buradan yalnız cip növlü avtomobillər sərbəst keçə bilirlər, sedan növlü maşınlar yolun sol kənarıyla bir-birinə yol verərək, bir cərgədə irəliləmək məcburiyyətindədirlər. "Mənə heç nə olmaz" deyə gölməçəni yarıb keçmək istəyən bir çox avtomobillərin sürücüləri gölməçənin ortasında çarəsiz qalıblar. Onları avtomobilləri xarab olub, içinə su dolub, özləri və sərnişinləri dizə qədər çırpanaraq avtomobili gğlməçənin dayaz yerinə itələməklə məşğuldurlar".


666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25