Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Gəncədə ağır yol hadisəsi baş verib

Gəncədə ağaca çırpılan avtomobil yanıb, sürücü ölüb, 3 nəfər xəsarət alıb

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus “Mercedes” markalı, minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qəza nəticəsində avtomobildə olan 3 sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən, avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Abbasov Rəşid Şahin oğlunun meyiti isə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.02.18, 17:47
Anar Əliyev güllələndi
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
Go to TOP