Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2016

ABŞ: "Rusiya Əsədi gücləndirdi"

Rusiya Bəşər Əsəd rejimini dəstəkləyərək Suriyada yenidən sabitlik yaratdı.

Bu sözləri ABŞ Baş Qərargahının rəhbəri Cozef Danford söyləyib.

“Etiraf edək ki, iyul və avqust aylarında Bəşər Əsədin vəziyyəti olduqca pis idi. Lakin hazırda Suriyada sabitlik əldə olunub. Rusiya Suriyaya girməklə Bəşər Əsədə yenidən güc qazandırdı. Belə bir sual meydana çıxır. Nə üçün Rusiya ordusu Suriyaya daxil oldu? Bildirdilər ki, İŞİD-ə qarşı mübarizə aparacaqlar. İndi isə Suriyadan çıxdıqlarını dedilər. Zənnimcə, İŞİD-lə bağlı hələ xeyli görüləsi iş var. Rusiyanın əsas niyyətindən əmin deyiləm. Amma fakt odur ki, Əsədi xeyli gücləndirdilər”, - Danford vurğulayıb.
684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber