Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2016

Azərbaycan generalları erməni generalları ilə bir masa ətrafında

Biz hansı üzlə ayrı ölkələri Ermənistanla həmkarlıq etdiyinə görə qınaya bilərik?!

Minskdə MDB dövlətlərinin silahlı qüvvələrinin qarşılıqlı əlaqəsinin inkişafı məsələləri müzakirə olunub. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Baş Qərərgahlarının nümayəndələri iştirak edib. Tədbirə Rusiya müdafiə nazirinin birinci müavini, baş qərərgah rəisi Valeri Gerasimov sədrlik edib.

Tədbirdən sonra jurnalistlərə açıqlamasında Gerasimov bildirib ki, MDB 2020-ci ilədək hərbi əməkdaşlıq və silahlı qüvvələrin birgə fəaliyyət konsepsiyalarının həyata keçirilməsini müzakirə edilib.

Onun sözlərinə görə, həmçinin birgə hərbi təyinatlı sistemlərin inkişafı məsələsi də müzakirə olunub.

Gerasimovun sözlərinə görə, tədbir iştirakçıları dövlət sirlərinin və MDB-ə üzv ölkələrin silahlı qüvvələrinin hərbi sirlərinin qorunması ilə məşğul olan xidmətlərin qarşılıqlı fəaliyyət əsaslarını bəyənib.
740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP