Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2016

Xoşbəxtliyin Azərbaycan modeli

«Asan xidmət» yolu

“Atasını öldürüb üstündə ağlamaq” deyilən bizlərə yad bir ifadə var, bilən bilir. Nə qədər inanmaq istəməsək də, hərdən belələrinin olduğunu görürük. Məsələn, bu yaxınlarda vəhşiliklə öldürülən “Qızıl Məlahət”in qızı kimiləri. Arvadını öldürən ər, qardaşını öldürən qardaş, bacısını öldürən qardaş, qaynanasını öldürən kürəkən, dostuna qıyan dost, nənəsini öldürən nəvə və sair. Günümüzün gerçəklikləri budur: hər kəs hər kəsi öldürə, sonra göz yaşı tökə bilər. Baxır ölüm kimə və nəyə bağlıdır.

Baş prokuror Zakir Qaralovun “etiraz”ından sonra hüquq adamı Intiqam Əliyevin azadlığa buraxılması yuxarıda yazdıqlarımı yadıma saldı. Qaralovun addımı “atasını öldürüb üstündə ağlamağa” bənzədi. Haqsız yerə il yarımdan çox türmədə qalan Intiqam müəllimin azadlığını əlindən alıb onu əzaba atanlar təzyiq altında “humanistlik” edib cəzasını yüngülləşdirdilər. Türmədən buraxdılar. Maşına qoyub evinə göndərdilər. Adam öldürənləri, ev soyanları, dövlətin, insanların malını, pulunu yeyənləri, adamları aldadıb bir mənzili beş nəfərə satan işbazları necə həbs eləyib türməyə saldırır, yüklü para qarşılığında “əfv” edirlər, eyni saxtakarlıqla. Leyla və Arif Yunusları, Tofiq Yaqublunu, Rəsul Cəfərovu, Intiqam Əliyevi, bir çoxlarını saxta ittihamlarla, canfəşanlıqla qandalladılar, sonra “bağışladılar”. Onların əl-qolunu bağlayıb, dışarıya açılan əllərini, yollarını, dillərini qapadıb xəstəliyin məngənəsində ümidsizlik içində saxladılar ki, azad edildiklərinə sevinsinlər. Əzizlər, qohumlar, dostlar xoşbəxt ola bilsinlər. “Gözü çıxarılan qardaşlar” iti gözlülərə görk olsunlar deyə. Tutulanlara baxanda qalanlar özlərini xoşbəxt hiss edə bilsinlər deyə. Ilqarın, Xədicənin, Seymurun hələ “xoşbəxtlik” sırası çatmayıb. O da olar.


30 ilə yaxınlaşan Qarabağ savaşını bitirmək çabasında olmayan hökumət qaçqın, məcburi köçkün vətəndaşına “novostroyka” tikməklə məşğuldur. Elini, evini, yurdunu itirən insanı “daxmayla sevindirmək” – Azərbaycan modeli. Atəşkəsdə əsgərini qoruya bilməyib, onun ailəsinə yaspulu vermək – bu da bir nümunə.

Sahibkarından, biznes adamından, yığılan gömrük, vergi rüsumlarının, rüşvətlərinin məbləğni artırıb “lisenziyanı sadələşdirmək”- bunun adı nə? Iş yerləri açmayıb da əlacsızlara ayda 20, 40 manat yardım etmək – adamı öldürüb yasında ağlamaq deyil, nədir?

Daha bir nümunə. Hökumət böhran tələsinə düşən manatı qiymətdən salıb dolların dəyərini ikiqat qaldırır, bundan şoka düşən vətəndaşını ovutmaq üçün onun maaşını, pensiyasını 10 faiz artırır. Artımın azlığı çoxlarını razı salmasa da, sevinənlər olur: “artırmasaydılar neyləyəcəydik”. Bax, “model” dediyimiz məsələ budur. Insanın hər şeyini əlindən alıb bir hissəsini qaytarmaq. Onu o qədər bədbəxt etmək ki, kiçik bir nəfəsliyə sevinə, xoşbəxt ola bilsin. Xoşbəxtliyin Azərbaycan modeli! Sən öhdənə düşəni yerinə yetirmə, insanını əz, tapdala, sonra ona bir saman çöpü at – belə imperator olmağa nə var?!/azadlıq/
697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı