Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2016

DİN Sumqayıtdakı işgəncə faktı barədə niyə susur?

Vətəndaşı yarımcan edən polis rəisi cəzalandıralacaqmı?

Daxili Işlər Nazirliyi (DIN) hələ də Sumqayıt şəhər Polis Idarəsinin 1-ci bölməsindəki işgəncə faktı ilə bağlı açıqlama verməyib. Söhbət Sumqayıt şəhər sakini Rəşad Abbasovun 1-ci bölmədə amansız işgəncələrə məruz qalmasından gedir. Qeyd edək ki, bayram günlərində (22-23 mart) Sumqayıtdakı məhəllələrdən birində iki nəfər arasında bıçaqlanma hadisəsi olub. Bununla bağlı əməliyyat keçirən polislər isə hadisəyə aidiyyatı olmayan başqa bir nəfəri saxlayaraq, zorla boynuna qoymaq istəyib ki, cinayəti o törədib. Sumqayıt Polis Idarəsinin 1-ci polis bölməsində həmin adama saatlarla ağır işğəncələr verilib. Polis rəisi bildirib ki, əgər cinayyəti boynuna almasa, onu idarədə döyərək öldürəcəklər.

Günahsız yerə saxlanaraq işgəncələrə məruz qaldığını hazırda xəstəxanada yatan həmin vətəndaş məşhur bloqçu və sosial şəbəkə fəalı Mehman Hüseynova danışıb. M.Hüseynov videoreportajı “Sancaq” “Facebook” səhifəsində yayıb.

Rəşad Abbasov bildirib ki, ona amansız işgəncələri əsasən 1-ci bölmənin Azər adlı rəisi və bölmənin cinayət axtarış şöbəsinin Mirnemət adlı rəisi verib: “Qayışımı çıxarıb ayaqlarımı bağladılar. Əllərimi isə qandalladılar. Yerə yıxdılar. 4-5 nəfər oturdu üstümə. Kimi başıma, kimi qarnıma zərbələr endirdilər. Rəis Azər başıma zərbələr endirirdi. Və deyirdi ki, cinayəti boynuna al, sənin də işin yüngülləşsin, bizə də əziyyət vermə. Bədənimin müxtəlif yerlərinə elektroşok verdilər. Dabanlarıma o qədər vurdular ki, hissiyyatım itdi. Bundan sonra sümüklərimə vurdular. Indi sidiyə gedə bilmirəm. Həkim deyir ki, 4-5 ay müalicə olunmalısan. Heç əsirlikdə adama belə işgəncə vermirlər. Təsəvvür edin, Mirmemətə dedim ki, ”opendisit”im var, fikirləşdim, bəlkə vurmazlar. Amma düz elə ordan vururdular”.

Bu hadisənin ictimailəşməsinin üzərindən artıq bir neçə gün keçib. Lakin DIN nədənsə fakt barədə susur? Rəşad Abbasova işgəncə verənlər barədə də hər hansı tədbir görülməsi barədə heç bir məlumat yoxdur./azadlıq/
810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04
Mədə ağrılarınd