Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2016

Bəşər Əsədin müşaviri: "ABŞ səmimi deyildi"

ABŞ İŞİD-in Palmiranı ələ keçirməsinə əngəl olmadı.

Bu sözləri Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban söyləyib.

O bildirib ki, ABŞ özünü İŞİD-lə mübarizə aparırmış kimi qələmə verir:

“ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri həqiqətən də İŞİD-ə qarşı döyüşsəydi, ötən il terrorçular Palmiranı ələ keçirə bilməzdi və şəhər tamamilə qorunardı. Peyklər vasitəsilə terrorçuların Palmiraya yaxınlaşdığını görə bilərdilər. Açığını desəm, ABŞ-ın səmimiyyətinə inanmıram. Terrora qarşı mübarizə aparmaq istəyənlər Suriya ordusunu dəstəkləməlidir”.

O, Palmiranın azad edilməsi münasibətilə Avropa ölkələri liderlərinin bir söz belə söyləməməsini tənqid edib.
786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber