Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2016

Rusiya Türkiyəyə qarşı yeni qadağalara hazırlaşır

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert Türkiyədən bütün növ bitkiçilik məhsullarının tədarükünə qadağa qoyula biləcəyini bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, artıq aprel ayı ərzində baş verə bilər.

"Biz bitkiçilik məhsullarının idxalına (Türkiyədən) ümumiyyətlə məhdudiyyət tətbiq etmək məcburiyyətindəyik. Bu, ay ərzində baş verə bilər", — deyə Dankvert bildirib.

Məmurun sözlərinə görə, əvvəllər Türkiyə nümayəndələri qadağaya aid fikir ayrılığı olanda danışıqlara gəlirdilər, indi isə məktub yazmaqla kifayətlənirlər.

O qeyd edib ki, Türkiyə tərəfi Rusiyanı görülən tədbirlərin kifayət qədər olmasına əmin etməlidirlər.

"Düşünürəm ki, biz ya adbaad, ya da hamısına qadağa tətbiq edəcəyik. Çünki müqavilə alınmasa, müzakirə alınmasa, o zaman hamısına qadağa tətbiq etmək lazım gələcək. Siz ya gələcək və müzakirə edəcəksiniz, ya da öz yolunuzu özünüz seçin. Biz yola gətirməyi bacarmırıq", — deyə Dankvert bəyan edib.
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu