Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2016

Goranboyda partlayış: Yaralananlar var

Goranboyda evdə partlayış olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 29-da saat 08 radələrində Bakı şəhər sakini Nadir Mehralıyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki kirayədə yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə evin dam örtüyündə və divarlarında çatlar əmələ gəlib, pəncərə və qapı şüşələri sınıb, yanıq xəsarəti alan N.Mehralıyev, arvadı Nailə, qızları Gülcəmal və Solmaz xəstəxanaya yerləşdiriliblər./axar/
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber