Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

31 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-13, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Martın 31-də arabir yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
1312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
17.10.17, 22:28
Lerikə güclü qar yağıb
16.10.17, 08:59