Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

Bəşər Əsəd: “Dəməşq İranın yanında yer alacaq”

Terrorçulara qarşı  müharibə Suriyaya 200 milyard dollardan artıq ziyan vurub.

Bunu “Ria Novosti” agentliyinə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib. Onun sözlərinə görə, müharibə bitən kimi iqtisadiyyatı bərpa etmək üçün vaxt lazım olacaq:

“Terror dünyanın hazırkı problemidir. Biz terrorla beynəlxalq səviyyədə məşğul olmalıyıq. Çünki bu tək Suriyanın problemi deyil. Terrorizm İraqda da var. Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, Böyük Britaniya və bəzi Avropa dövlətləri Suriya və İraqda terrorizmi dəstəkləyir. Digər ölkələr isə sadəcə izləyir, konkret heç bir addım atmırlar. Dəməşq bundan sonra da Suriyanın bərpa olunmasında Rusiya, Çin və İranın yanında yer alacaq”.
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41