Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

“Yəhudi olmayanlar İsraildən qovulmalıdır”

Yəhudi milliyyətindən olmayan şəxslər (qoylar: yəhudi olmayanlara verilən ümumi ad. – red.) İsraildən qovulmalıdır.

Bunu əhali qarşısında çıxışı zamanı İsrailin Səfərad yəhudilərinin baş ravvini İshaq Yosef söyləyib. Onun sözlərinə görə, yəhudi qanunlarına əsasən, İsraildə yalnız o qoylar qala bilərlər ki, onlar Nuhun davamçılarının yeddi qanununu icra edirlər. O, bu qanunları yerinə yetirməyən şəxslərin Səudiyyə Ərəbistanına göndərilməli olduğunu bildirib.

Qeyd edək ki, Səfərad yəhudiləri Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey adalarında yaşayanlara deyilir. Onlar bu adı özlərinə 1492-ci ildə İspaniyadan qovulduqdan sonra götürüblər. Səfərad yəhudilərinin dili türk dilinə yaxınlığı ilə seçilir. Bu yəhudilər İsraildə olan Aşkenaz yəhudilərindən (Mərkəzi və Şərqi Avropa yəhudiləri – red.) sonra əhalinin böyük hissəsini təşkil edən etnik qrupdur./axar/
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
23.05.17, 08:02
Ərindən boşanan