Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

BMT-dən işğalçı İsrailə sərt təpki: "Bu, tükürpədən hadisədir"

BMT-nin xüsusi məruzəçisi Kristof Heyns yerdə yaralı halda uzanan fələstinli gəncin kameralar qarşısında vurularaq öldürülməsini kəskin tənqid edib.

"Sabah" xəbər verir ki, o, bu olaya münasibətbildirərkən, "təhlükə törətməyən birini vurmaq cinayətdir" deyib.

Kristof Heyns hadisənin ardından ortaya çıxan şəkillərin fələstinli gəncin öldürülməsinin mühakiməsiz edam olduğunu bütün açıqlığıyla ortaya qoyduğunu vurğulayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Rupert Colville isə bildirib ki, hadisənin ardından ortaya çıxan görüntülərdə yerdə yaralı halda uzanan fələstinli gəncə hadisə yerində olan və aralarında tibb işçilərinin də olduğu 20 nəfərin yardım etməməsi əksini tapıb: "Bu, tükürpədən hadisədir. Öldürülməsinin ardından belə bu hadisəyə heç reaksiya göstərilmir".

Rupert Collville İsrail təhlükəsizlik qüvvələrinin həddindən artıq güc tətbiq etməsinin son dərəcə narahatlıq doğurduğunu vurğulayıb.
698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi