Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

İŞİD-in kökü, vəhabiyyətdən ibarətdir

Ey dünya, Səudiyyə Ərəbistanının siyasətindən ehtiyatlı olun.

Bəzi Alman siyasətçiləri, qərb ölkələrində - Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləmə taktikası altında İŞİD-in vəhabi təfəkkürü ilə artmaqda olan məscid və dini mərkəzlərin tikintisinin qarşısını almaq istəyir.
"Shia News"-in xəbərinə isnad edərək, almaniyanın vitse-kansleri Sigmar Qabrielin "Bild" adlı ingilis qəzetinə verdiyi müsahibəsində - ekstremist terror qruplarına Səudiyyə Ərəbistanı tərəfindən himayət edilməsini tənqid etmiş, qərb dünyasının, xüsusi ilə də Almaniyanın Ərəbistanla diplomatik əlaqələrinə qarşı sərt reaksiya göstərmişdir.

Qabriel açıqlamasında - Səudiyyə Ərəbistanının buraxdığı qabalıq və əxlaqsızlığından boğaza qədər yığılmış səhvləri görməməzliyinə son qoyulmasına təkidlə vurğulamışdır. Buna dəlil olaraq, bütün dünyanın - vəhabi məscidləri Ərəbistan tərəfindən dəstəkləməsi ilə terrorizmin inkişafında nə qədər mühüm rol oynadığına şahid olduğunu söyləmiş və onların, terrorizmin sığınacaq mənbəyi olan vəhabi etiqadına qarşı sərt və qəti mövqe açıqlamasını tələbini xüsusilə qeyd etmişdir.

Qabriel öz nəzərini açıqlayaraq əlavə etdi: “-Bizim Almaniya hökumət və cəmiyyəti, müsəlmanlara böyük ehtiramla yanaşmış və onların İslam maarif mərkəzlərinin fəaliyyəti ilə heç bir problemi olmamışdır. Lakin bu mövqemiz, Almaniyada vəhabi məscidlərinin fəaliyyətinə də imkan verə biləcəyi anlamını daşımır.”
Digər tərəfdən də, Sosial Demokrat Partiyasının (SDP) sədri Tomas Avprmen açıqlamasında deyib: “-Qərb dünyası, Səudiyyə Ərəbistanının siyasətindən və onların maddi yardımı əsasında digər ölkələrdə məscid və dini mərkəzlərin tikilməsindən ehtiyat etməlidir. Beləki, İŞİD-in ekstremist terrorçu təfəkkürünün əsas kökü və mənbəyi olan vəhabiyətin geniş surətdə yayılması, həmin mərkəzlərin vasitəsi ilə həyata keçirilir.”
890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı