Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

Vəkil Tale Bağırzadə ilə görüşüb

Martın 30-da “Müsəlman Birliyi ” Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan sədri, ilahiyyatçı Tale Bağırzadənin iştirakı ilə istintaq hərəkətləri keçirilib.

Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil istintaq hərəkətlərinin detallarına varmayıb.

Elçin Sadıqov həmçinin, T. Bağırzadə ilə görüşünə maneələr yaradıldığını deyib:

“Təcridxanada əvvəlcə mənə görüş üçün icazə vermədilər. Səbəb kimi görüş üçün prokurorluqdan onlara məktub göndərilmədiyini göstərdilər” Vəkilin bildirməsinə görə, xeyli çək-çevirdən sonra iş üzrə müstəntiqin də müdaxiləsi ilə görüşə buraxılıb.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı şərlənərək tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.
715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu