Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

Bu gün həm raket, həm də diplomatiya dövrüdür!

Ayətullah Xamenei ölkənin müdafiə sənayesinə qarşı çıxanlara cavab verdi

Cənab Rəhbər Ayətullah Xamenei Əhli-beyt məddahları ilə görüşdə buryurub:

Bir zaman Sovetlər vardı və Amerika vardı, bir-birinə qarşı dayanmışdılar. Yüz ya daha çox məsələdə bir-birləri ilə düşmən idilər, amma İslam Respublikası ilə düşmənçilikdə eyni cür düşünür, həmkarlıq edirdilər...
Cəbhə yaratdılar, o cəbhə bu gün də var. İslam Respublikasına qarşı bütün vasitələrdən istifadə edirlər. İslam Respublikası da bütün vasitələrdən istifadə etməyə hazır olmalıdır...
Görüntü yaradırlar ki, guya biz dialoqa, müzakirələrə müxalifik. Xeyr, biz onlardan da artıq müzakirə tərəfdarıyıq. Amma düşmən müzakirədən də istifadə edir, ehtiyatlı olmaq lazımdır...
Bəziləri deyir ki, dünyanın sabahı müzakirə sabahıdır, raket sabahı deyil. Əgər məlumatsızlıqdan deyirlərsə heç. Əgər qəsdən, bilərəkdən deyirlərsə, bu xəyanətdir. Necə ola bilər ki, İslam Respublikası elm və texnologiya, siyasi müzakirə, iqtisadi-ticari işlər arxasınca olsun, amma müdafiə qüdrətinə malik olmasın! Bu gün həm raket, həm də diplomatiya dövrüdür! Güclü olmasaq, xalqın haqqını yeyəcəklər...

Vilayet.info
1034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33</