Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

Nardaran hadisələri ilə bağlı məhkəmə başladı

20-dən çox şəxsin cinayət işi üzrə hazırlıq iclasları keçirilib

Sabunçu rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərdən bəzilərinin cinayət işi üzrə məhkəmə prosesləri başlayıb. 20-dən çox şəxsin cinayət işi üzrə ayrı-ayrılıqda məhkəmə prosesləri keçirilib. Hazırlıq iclaslarında təqsirləndirilən şəxslərin anket məlumatlar dəqiqləşdirilib. Məhkəmələrin baxış iclasları aprel ayının müxtəlif günlərinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl 20-dən çox şəxsin barəsində olan cinayət işi digərlərindən ayrılaraq, baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. İstintaqı başa çatan şəxslər əsasən, Nardaran sakinlərdir. Onlar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunurlar.
Ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və 4 nəfər həyatını itirib, daha bir neçə nəfər yaralanıb. Başlanılan cinayət işi üzrə 70 nəfər saxlanılıb. Hazırda 50 nəfərdən çox şəxsin cinayət iş üzrə ibtidai istintaq davam etdirilir. Onlar Cinayət Məcəlləsinin 18 maddəsi üzrə ittiham olunurlar. /bizimyol/
706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50
Azərbaycan