Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Qripin bir mənbəyi də…

Bəzən bütün dava-dərmanlardan istifadə etməyimizə baxmayaraq, xəstəlikdən heç cürə canımızı qurtara bilmirik. Əsasən də iş adamları üçün soyuqdəymənin yaratdığı hallar dözülməz olur. Bəs görəsən niyə sağala bilmirik?

Sən demə, səbəbi ağzınıza sarıdığınız şərf də ola bilər.Qışda havada dolaşan və xəstəliyə səbəb olan qrip virusları şərfə yapışır. Ağızda olan bakteriyalar da gün ərzində şərfə bulaşır. Beləliklə də xəstəliyin uzunmüddətli olmasının səbəbi bəlli oldu.

Bəs görəsən bunun müqabilində nə etmək olar? Axı şərflər qış mövsümündə geyimimizin ayrılmaz hissəsidir.

Mütəxəssislər bunun üçün çox sadə bir yol göstərirlər: Şərflər tez-tez yuyulmalıdır.

Uzun müddət yuyulmayan şərflər xəstəlik qaynağına çevrilir və xroniki nəfəs yolu xəstəlikləri və sağalmayan qripə səbəb olur.

Xüsusilə, məktəbə gedən uşaqların şərfləri daha təmiz olmalıdır./xəzərxəbər/
1699 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber